İnsani Yardım Ehtiyac Sahibi Ailələrə Yardımlar Paylanıb

Ehtiyac Sahibi Ailələrə Yardımlar Paylanıb

6

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu COVID-19 pandemiyası səbəbilə dövlətimizdə yaranan karantin günlərində vaxt aşırı olaraq 65 yaş üzərində olan ehtiyac sahibi ailələrin ünvanlarını ziyarət etmiş və onları zəruri qida ehtiyacları ilə təmin etmişdir. Bundan başqa Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.