Gəncliyə Yardım Fondunun nümayəndə heyəti tərəfindən son günlərdə erməni vandalizminin qurbanlarından biri Beylaqan rayon sakini Məmmədova Sevinc Mayıs Qızı hazırda yaşadığı Lökbatan Qəsəbəsində ziyarət edilib. Qeyd edək ki, Sevinc Məmmədova 27 Sentiyabrdan etibarən başlayan erməni ordusunun Azerbaycan ərazisinə xüsusiylə mülki əhaliyə qarşı hərbi təcavüz nəticəsində xəsarət almış, Məmmədovların yaşadığı ev ermənilərin atdığı raket nəticəsində dağılmışdır.
Fond əməkdaşları 18 yaşlı Sevincə əlil arabasnı təqdim edib və ailəsinin həyat şəraitləri ilə yaxından tanış olublar.
Ailənin dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası Sevincin həyatında yeni səhifə açıb. Ziyarət edilən ailəyə fondun xeyriyyə fəaliyyətləri haqqında qısa məlumat verilib.
Ailə üzvləri də öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.