İnsani Yardım Ehtiyac Sahibi Ailələr Ünvanlarında Ziyarət Edildi

Ehtiyac Sahibi Ailələr Ünvanlarında Ziyarət Edildi

8

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Millət vəkili Ülviyə Ağayeva ilə birlikdə Ağstafa rayonu, Köçəsgər kəndində yaşayan Misirov Səfər Yusif oğlunu və Tovuz rayonu, Abdulbəyli kəndində yaşayan Kazımov Rasim Musa oğlunu yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələrə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Ailələrin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ziyarət edilən ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.