İnsani Yardım GYF Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

GYF Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

4

Gəncliyə Yardım Fondu Vətən Müaribəsində iştirak edən və torpaqlarımızın işğaldan azad edilməsi yolunda şirin canlarından keçən şəhidlərimizin ailələrini ziyarət edir.

Bu ziyarətlər əsnasında şəhid ailələri ilə söhbətlər aparılır, hər bir şəhidimizin adına hazırlanmış içərisində Müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu, maddi yardım və qida paketləri təqdim edilir. İlkin mərhələdə Zaqatala, Qax, Balakən, Saatlı, Sabirabad, Kürdəmir və Bakı Şəhərindən olan şəhid ailələri ziyarət edilib. Bu ziyarətlər bundan sonra da davam edəcək və bütün şəhidlərimizin ailələrinə baş çəkiləcəkdir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.

Eyni zamanda  Fond, 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.

Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali başkomandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.