İnsani Yardım GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

6

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib.

 Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral iflic xəstəliyindən əziyyət çəkdiyi üçün Fond tərəfindən əlil arabası ilə təmin olunub.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.

Eyni zamanda  Fond, 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.

Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali başkomandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.