Prof.Dr. Birol Akgün Gəncliyə Yardım Fondunu ziyarət edib.
Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.