Təhsil Fəaliyyətləri TÜRKİYƏ MAARİF VƏQFİNİN BAŞQANI GYF-Nİ ZİYARƏT EDİB

TÜRKİYƏ MAARİF VƏQFİNİN BAŞQANI GYF-Nİ ZİYARƏT EDİB

5

Prof.Dr. Birol Akgün  Gəncliyə Yardım Fondunu ziyarət ‎edib.

Bu gün  Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün  Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qarşılıqlı xatirə ‎hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.‎