Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Tovuz rayonunda yaşayan I qrup əlilliyi olan Qurbanova Tamaşa Razim qızını yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları ehtiyac sahibi ailələyə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.