Gəncliyə Yardım Fondunda “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü ilə şəhid ailələri ilə işləyən və özləri də şəhid ailəsi olan qadınlarla görüş keçirilib. 8 Mart Beynəlxalaq Qadınlar günü münasibəti ilə təşkil olunmuş görüşdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli iştirak edərək Azərbaycan qadınlarının qeyrət və mətanətindən danışıb və qadınlarımızın 44 günlük Vətən Müharibəsindəki rolunu yüksək qiymətləndirib.
Qonaqlara Gəncliyə Yardım Fondu tərəfindən hədiyyələr təqdim edilib. Sonda xatirə şəkilləri çəkilib.