23 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Türkiyə Milli Suverenlik və Uşaq bayramı gününə həsr edilmiş “Kitabla Dünyanı Fəth Et” adlı onlayn konfrans keçirilib.
Konfransda Bestami bəy Yazgan, Vural Kaya, Zahid Xəlil, Sevinc Nuruqızı, Əziz Sultan kimi Türkiyə və Azərbaycanın tanınmış uşaq kitabı yazıçıları iştirak edib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbiri açıq elan edərək bu bayram münasibəti ilə hər kəsi təbrik edib.
Daha sonra isə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim uşaq kitablarının uşaqların inkişafı və onların sağlam gələcəklərini formalaşdırmasındakı əhəmiyyətini vurğulayaraq tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Bundan başqa Azərbaycanın müxtəlif bölgələrindən konfransa qatılan uşaqlar öz şeir və mahı çələnglərini konfrans iştirakçılarına təqdim ediblər.