İnsani Yardım GYF Ehtiyac Sahibi Ailələri Ramazan Sovqatı ilə Sevindirdi

GYF Ehtiyac Sahibi Ailələri Ramazan Sovqatı ilə Sevindirdi

6

Hər il olduğu kimi bu il də Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə Gəncliyə Yardım Fondu mübarək Ramazan ayının başlaması münasibəti ilə ehtiyac sahibi ailələrə qida paketi yardımları etməyə başlayıb.

 Bu münasibətlə Fond əməkdaşları tərəfindən 1000 imkansız ailə üçün ərzaq paketi hazırlanıb və Ramazan ayı boyunca qida paketləri həmin ailələrə təqdim ediləcəkdir.

Qeyd edək ki, 1000 ailəyə paylanması nəzərdə tutulan qida paketləri respublikanın müxtəlif rayonlarında və Bakı-Abşeron-Sumqayıt ərazilərində paylanacaq. Bundan başqa Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.