İnsani Yardım Keşkül Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Keşkül Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib

7

29 aprel 2021-ci il tarixində Keşkül Beynalxaq Yardım dərnəyinin nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət ‎edib.

 Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Keşkül Beynalxaq Yardım dərnəyinin direktoru Sema Coşkun də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.‎

Qeyd edək ki, Kəşkül Beynəlxalq Yardım dərnəyi  Azərbaycanın müxtəlif bölgələrində həm birinci Qarabağ, həm də ikinci Qarabağ müharibəsində şəhid olmuş və yaralanmış əsgərlərimizin ailələrini ziyarət edərək onlara Ramazan sovqatı aparıblar. Dərnəyin nümayəndələri hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bildirərək  qəhrəman vətən övladlarını yetişdirən valdeyinlərə öz təşəkkürlərini bildiriblər.