Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Yeni Səfiri Doç.Dr. Cahit Bağcı ilə Görüşdü

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Yeni Səfiri Doç.Dr. Cahit Bağcı ilə Görüşdü

140

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Doç.Dr.Cahit Bağcı ilə görüşüb.

Fondun prezindenti Ahmet Tecim Cahit Bağcıya Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verib. O, eyni zamanda Fondun Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq körpüsünün möhkəmləsi istiqamətindəki işlərinin iki qardaş dövlət tərəfindən hər zaman müsbət qarşılandığını ifadə edib. Daha sonra Doç.Dr. Cahit Bağcını Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri  təyin olunması münasibəti ilə təbrik edib və ona bu məsuliyyətli işində müvəffəqiyyətlər arzulayıb.


Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı da öz növbəsində Fond rəhbərliyinə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, 3 may 2021-ci il tarixində cənab İlham Əliyev Cahit Bağcının  etimadnaməsini qəbul edib və səfir Azərbaycandakı fəaliyyətinə başlayıb.