İnsani Yardım GYF Bayram Günlərində Onların da Gözünü Yolda Qoymadı

GYF Bayram Günlərində Onların da Gözünü Yolda Qoymadı

11

Gəncliyə Yardım Fondu Ramazan Bayramı ərəfəsində 10 imkansız ailənin əlil arabasına olan ehtiyacnı qarşılayıb.

Fondunun nümayəndə heyəti bütün ehtiyac sahibi ailələri yaşadıqları ünvanlarda ziyarət edb. Ramazan Bayramı ərəfəsində baş tutan ziyarətlər həmin ailələrdə sözün həqiqi mənasında bayram sevincinə çevrilib. 

Gəncliyə Yardım Fondunun nümayəndələri Göyçay rayonunda yaşayan iflic xəstəsi 44 yaşlı İbrahimova Mina Rafiq qızını, İsmayıllı rayonunda yaşayan iflic xəstəsi 51 yaşlı Bayramov Eyvaz Akif oğlunu, Ağstafa rayonunda yaşayan 38 yaşlı I qrup əlil Mövlayev Yasini, Gəncə şəhərində yaşayan Çiçitov Mustafanı , Beyləqan rayonunda yaşayan Əfrayılov Mərdalını, Quba rayonunda yaşayan Məhəddinov Əmrahı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələrə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.