“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri olaraq bu gün Türkiyə Səfirliyində Türk Silahlı Qüvvələrinin Attaşesi, tuğgeneral İsmail Hakkı Köseali ilə görüşdük.
Koalisya üzvləri olaraq hərbi attaşeyə Türk Ordusunun Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə verdiyi dəstəyə, II Qarabağ müharibəsində Azərbaycanın haqq davasını müdafiə etdiyinə görə təşəkkür etdik.
Görüşdə Koalisiya üzvü olan təşkilatların rəhbərləri – Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov iştirak ediblər.