İnsani Yardım “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

9

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə “Qafqaz İslam Ordusunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib

Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli

Xəzər Universitetinin  müəllimi tarixçi alim Telman Nüsrətoğlu

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim

Hərbi Akademiyanın müəllimi, General-Leytenat Yaşar Aydəmirov

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü

Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmiş, abidə kompleksinə gül dəstələri qoymuş, Vətən üçün canından keçən şəhidlərin əziz ruhuna dua oxuyublar.

Daha sonra QHT təmsilçiləri Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürklə görüşüblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, Koalisiyanın gələcəkdə Türkiyədə, Azərbaycanda, Gəncə şəhərində görməyi planlaşdırdığı işlərmüzakirə edilib.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyanın üzvləri 1918-ci ildə Azərbaycanın azad olunmasında müstəsna rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncə şəhərindəki ev muzeyini ziyarət etmiş, ADR-in tanınmış simalarından olan Nağı Şeyxzamanlının nəvəsi Arifə Şeyxzamanlı ilə görüşüblər.

QHT təmsilçiləri eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş şəhidlərimizin ailələrinə baş çəkib, onların durumu ilə maraqlanıb, ailələrə və azyaşlı uşaqlara yardımlar, hədiyyələr təqdim ediblər.

Günün sonunda Koalisiya təmsilçiləri Gəncəyə ermənilər tərəfindən atılan raketlər nəticəsində hər iki valideynini itirmiş balaca Nilayı da ziyarət edib, ona hədiyyələr veriblər.

Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə dəstək vermək, iki qardaş ölkə arasındakı ictimai əlaqələri daha dagüclındirmək məramı ilə yaradılıb. Koalisiyada Müasir İnkişaf Birliyi, Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,”Könüllülük Fəaliyyətinin Təbliği”gənclər birliyi təmsil olunur.