İnsani Yardım Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

10

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib.

Fond əməkdaşları və qonaqlar tərəfindən Şəki rayonun Turan qəsəbəsində şəhid Elməddin Mikayıloğlunun, Zaqatala rayonunda Mosul kəndində qazi Tural Əliyevin, Bərdə şəhərində şəhid Elçin Quliyev, Turqut Zeynalovun və Tərtər şəhərində yaşayan qazilərimizin ailələri, həmçinin Vətən müharibəsində “Vətən yaxşıdır” adlı xalq mahnısı və keçdiyi döyüş yolu ilə adı dastana dönən şəhid Xudayar Yusifzadənin ailəsini zaiyarət ediblər. Ziyarət əsnasında ailə üzvlərinə şəhidlərin yüksək mərtəbələri haqqında söhbətlər aparılıb, şəhidlərimizin əziz ruhlarına Qurani-Kərim tilavəti ilə dualar edilib. Yaralı qazilərimiz keçdikləri şərəfli döyüş yolu haqqında söhbət ediblər və onlara Allahdan şəfa diləyiblər. Eyni zamanda Gəncliyə Yardım Fondu tərəfindən bütün şəhid və qazi ailələrinə ərzaq paketləri təqdim edilib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.

Eyni zamanda 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.