Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbir bütün şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilərək başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Gəncliyə Yardım Fondunun prezindenti Ahmet Tecim Azərbaycan və Türkiyə Respublikasının qardaşlıq ənənəsindən və onun əhəmiyyətindən bəhs edib və şəhidlik adının ucalığı və əhəmiyyəti haqqında danışıb. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərabycandakı səfirliyinin
təhsil üzrə müşaviri Nihat Büyükbaş, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raquf Abbasov, Müdafiə Nazirliyinin mətbuat xidməninin rəisi Anar Eyvazov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Fərqanə Qasımova, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova və Aprel döyüşlərində şəhid olan Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış ediblər. Xalq artisti Nurəddin Mehdixanlı və əməkdar artist Fərqanə Qasımova şəhidlərə həsr etdikləri musiqi çələngini ifa ediblər.
Tədbirin sonunda müsabiqəsində yer tutmuş şagirdlər sertifikat və dəyərli hədiyyələrlə mükafanlandırılıb. Müsabiəqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmiş olaraq qiymətləndirilib. Müsabiqədə paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağı mükafatçılar sırasına düşüb.
I yerə Sabunçu rayonu 155 saylı tam orta məktəbin 10 B sinif şagirdi Gözəlova Aybəniz Sərdar qızı, II yerlərə Binəqədi rayonu 102 saylı tam orta məktəbin 11 B sinif şagirdi Nəcəfova Rüqəyya Seyran qızı və Nizami Rayonu 250 saylı orta məktəbin 10 A sinif şagirdi Əlizadə Zümrüd Vüqar qızı, III yerlərə Qaradağ rayonu 223 nömrəli tam orta məktəbin 9-cu sinif sagirdi Lazımova Aişə Nazim qızı, Nizami Rayonu 32 nömrəli tam orta məktəbin 10 C sinif şagirdi Abdullayeva Nərimin Zaur qızı və Nərimanov rayon 93 saylı orta məktəbin şagirdi Mürsəlli Lalə Ənvər qızı layiq görülüb.
Qeyd edək ki, müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.