Sosial Fəaliyyətlər “Uşaqlarda Xoşbəxtlik Anlayışı Adlı Seminar Keçirilib

“Uşaqlarda Xoşbəxtlik Anlayışı Adlı Seminar Keçirilib

5

29 iyun 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabidin Tağıyev adına konfras zalında Tərəqqi İnkişaf Mərkəzinin “Yay məktəbi” layihəsi çərçivəsində Dr. Eldar Kərimovun təqdimatında “Uşaqlarda Xoşbəxtlik Anlayışı” adlı seminar keçirilib. Seminar nəzəri və praktiki olmaqla iki hissədə keçirilib. Əvvəlcə Eldar Kərimov uşaqlara “xoşbəxtlik nədir” sualını ünvanlayıb və onlardan müxtəlif cavablar əldə edib. Daha sonra seminar uşaqların bu cavabları üzərinə davam edərək müzakirə aparılıb. Seminarın ikinci hissəsində isə şarlardan ibarət oyun vasitəsi ilə xoşbəxtliyin nə olduğunu praktiki yolla uşaqlara izah edilib.

Qeyd edək ki, Tərəqqi İnkişaf Mərkəzinin uşaqlar üçün hər il təşkil edilən “Yay məktəbi” layihəsi çərçivəsində uşaqlar üçün bir-birindən maraqlı dərslər keçirilir və asudə vaxtlarının səmərəli keçirilməsi üçün maarifləndirici seminarlar təşkil edilir.