Təhsil Fəaliyyətləri Gənclər GYF-də Natiqlik Qabiliyyətlərini İnkişaf Etdirir

Gənclər GYF-də Natiqlik Qabiliyyətlərini İnkişaf Etdirir

10
Rashad Mammadov

6 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə fondunun Hacı Zeynalabidin Tağıyev adına konfras zalında Dr. Eldar Kərimovun təqdimatında “Natiqlik və Nitq Sənəti” adlı seminarın ikinci mərhələsi keçirilib. Seminarda daha çox natiqlik sənətinin praktiki tədbiqinə diqqət edilib. Müxtəlif Universitetlərdə təhsil alan tələbələr öz ixtisasları haqqında natiqlik qabiliyyətlərindən istifadə edərək dinləyicilərə maraqlı məlumatlar veriblər.

Qeyd edək ki, bir ay davam edəcək “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün bir sıra mövzularda təlim və seminarlar təşkil ediləcəkdir.