Təhsil Fəaliyyətləri GYF-də Tələbələr Üçün Maraqlı Seminarlar Davam Edir

GYF-də Tələbələr Üçün Maraqlı Seminarlar Davam Edir

8
Rashad Mammadov

6 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində Bakı Gəmiqayırma Zavodu/İşə qəbul və İşçi qüvvəsi planlaması üzrə rəhbər Samir Həmzəyev tələbələrlə işə qəbul prosesi haqqında məlumatlar verib və işçi bazarında tələb olunan xüsusiyyətlərin inkişafından danışıb. Daha sonra düşərgədə iştirak edən tələbələrin sualları cavablandırılıb və xatirə şəkili çəkilib.

Qeyd edək ki, bir ay davam edəcək “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün bir sıra mövzularda təlim və seminarlar təşkil ediləcəkdir.