Təhsil Fəaliyyətləri GYF-də “Mədəniyyət İnşası” Adlı Seminar Keçirilib

GYF-də “Mədəniyyət İnşası” Adlı Seminar Keçirilib

6
PHOTO_R.M

7 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən  “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində “Tariximizin öndərləri” kitabının həmmüəllifi Qoşqar Abbasın təqdimatında “Mədəniyyət inşası” adlı seminar keçirilib. Seminarda mədəniyyətləri quran və formalaşdıran nüanslar, tarixin müxtəlif dövlərində, xüsusən yeni dövrdə mədəniyyətə münasibətdən bəhs edilib.

Qeyd edək ki, bir ay davam edəcək “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün bir sıra mövzularda təlim və seminarlar təşkil ediləcəkdir.