Təhsil Fəaliyyətləri “Mədəniyyətimi Öyrənirəm” Düşərgəsində Tələbələr Üçün Maraqlı Seminarlar Keçirilib

“Mədəniyyətimi Öyrənirəm” Düşərgəsində Tələbələr Üçün Maraqlı Seminarlar Keçirilib

12
Photographer RM

8 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində Elçin Manafovun təqdimatında “Kargüzarlıq”, Dr. Eldar Kərimovun təqdimatında “Natiqlik və Nitq Sənəti”,  Dr. Telman Nüsrətoğlu, İstanbul Universiteti Tarix Fakültəsinin müəllimləri  Doç.Dr. Kürşad Yıldırım və Doç. Dr. Ramazan Erhan Güllünün təqdimatlarında “Qarabağ müharibəsindən sonra Azərbaycan” adlı seminarlar keçirilib.

Qeyd edək ki, bir ay davam edəcək “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün bir sıra mövzularda təlim və seminarlar təşkil ediləcəkdir.