Təhsil Fəaliyyətləri “Mədəniyyətimi Öyrənirəm” Yay Düşərgəsinin İştirakçıları Mükafatlandırıldı

“Mədəniyyətimi Öyrənirəm” Yay Düşərgəsinin İştirakçıları Mükafatlandırıldı

21

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabidin Tağıyev adına konfras müxtəlif univertitetlərdə təhsil alan tələbələrin iştirak etdiyi “Mədəniyyətimi öyrənirəm” adlı yay düşərgəsinin layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Gəncliyə Yardım Fondunun Bakı şəhəri üzrə təhsil koordinatoru  Dr. Rüfət Şirinov, düşərgədə seminarlarla çıxış edən müəllimlər iştirak  iştirak edib.

Tədbirin sonunda “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsinin iştirakçılarına sertifikat və dəyərli hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

Qeyd edək ki, bir ay davam edən müxtəlif univertitetlərində təhsil alan tələbələrin iştirak etdiyi “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün bir sıra mövzularda təlim və seminarlar təşkil edilib.