Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) yeni Bakı Koordinatoru Fatih Yılmaz ilə görüşüb. Fondun prezidenti Ahmet Tecim Fatih Yılmaza Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verib. O, eyni zamanda Fondun TİKA-nın da dəstəyi ilə Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq körpüsünün möhkəmləsi istiqamətindəki işlərinin iki qardaş dövlət tərəfindən hər zaman müsbət qarşılandığını ifadə edib. Daha sonra Fatih Yılmazı TİKA Bakı Koordinatoru təyin olunması münasibəti ilə təbrik edib və ona bu məsuliyyətli işində müvəffəqiyyətlər arzulayıb.
TİKA Bakı Koordinatoru Fatih Yılmaz da öz növbəsində Fond rəhbərliyinə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib.