Sosial Fəaliyyətlər “Qardaşlığımızın Dünəni, Bu Günü və Sabahı” Adlı Tədbir Keçirildi

“Qardaşlığımızın Dünəni, Bu Günü və Sabahı” Adlı Tədbir Keçirildi

37
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə Gəncliyə Yardım Fondunda “Qardaşlığımızın dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, tarixçi alimlər, şəhid ailələri və qazilər iştirak edib. Əvvəlcə Bakının qurtuluşu yolunda, Çanaqqala döyüşlərində, həmçinin birinci və ikinci Qarabağ döyüşlərinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iki qardaş dövlət Azərbaycan və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilib.
Tədbirə giriş sözü ilə başlayan “Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi”nin sədri Emin Həsənli “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının hər zaman bu kimi tarixlərə xüsusi diqqət yetirdiyini qeyd edib.
Millət vəkili, professor Anar İsgəndərov 1918-ci ildə Bakıda baş verən siyasi porseslərin, erməni vandalizmi, xüsusilə 31 mart soyqrımının Qafqaz İslam Ordusunun keçdiyi çətin və ağır döyüş yolu, Hərbi Akademiyanın müəllimi, General-Leytenat Yaşar Aydəmirov türk hərb tarixi və Qafqaz İslam Ordusunun keçirdiyi hərbi strategiyaları, Xəzər Universitetinin müəllimi tarixçi alim Telman Nüsrətoğlu Osmanlı və Azərbaycan dövlətinin qardaşlıq münasibətlərinin qədim tarixə dayandığı və qardaşlıq tarixi haqqında danışıb. Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü Azərbaycana hər zaman ən böyük dəstəyi Türkiyə Dövlətinin verdiyini, təkcə hərbi müstəvi də deyil, fikri müstəvidə də Azərbaycan aydınlarının Türkiyəyə bağlı olduğunu bildirib.
Son olaraq çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 15 sentyabr tarixinin həm Türkiyə Dövləti, həm də Azərbaycan Respublikasında bir bayram olduğunu vurğulayıb. Hər iki dövlətin uzun illərdir davam edən qardaşlıq əlaqələrinin öz bəhrəsini verdiyini, bunun ən bariz münunəsinin də 44 günlü şanlı zəfərlə Qarabağın işğaldan azad edildiyini qeyd edib.
Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə dəstək vermək, iki qardaş ölkə arasındakı ictimai əlaqələri daha dagüclındirmək məramı ilə yaradılıb. Koalisiyada Müasir İnkişaf Birliyi, Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,”Könüllülük Fəaliyyətinin Təbliği”gənclər birliyi təmsil olunur.