İnsani Yardım GYF Yeni Tədris İlində Şəhid və Qazi Övladlarını Sevindirdi

GYF Yeni Tədris İlində Şəhid və Qazi Övladlarını Sevindirdi

70

Gəncliyə Yardım Fondu yeni dərs ilinin başlanması və 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Füzuli, Bərdə və  Ağdam rayonlarında yaşayan şəhid və qazi ailələrinə məktəbli çantaları və ləvazimatları təqdim edib. Fondun nümayəndələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və İcra Hakimiyyətinin məsul şəxsləri ilə Füzuli rayonundan başlayaraq Bərdə və Ağdam rayonlarında Vətən Müharibəsində şəhid və qazi olmuş vətən övladlarının ailələrini ziyarət edib və ailədə orta məktəbdə oxuyan uşaqlara məktəbli ləvazimatları təqdim ediblər. Bu xeyriyyə fəaliyyəti çərçivəsində şəhid və qazi ailələrindəki 100 məktəbliyə məktəb ləvazimatlarının təqdim edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak edib və ehtiyac sahibi insanlardan öz dəstəyini əsirgəməyib.