Mətbuatda Türkiyə Maarif Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Etdi

Türkiyə Maarif Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Etdi

39

Türkiyə Maarif Vəqfinin Azərbaycandakı sabiq nümayəndəsi Selçuk Baş və Türkiyə Maarif Vəqfinin Azərbaycana təyin olunmuş yeni nümayəndəsi İbrahim Balı Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türkiyə Maarif Vəqfinin nümayəndələri fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda Azərbaycanda fəaaliyyət müddəti bitmiş Selçuk Başa fond rəhbərliyi tərəfindən xatirə ‎hədiyyəsi təqdim edilib və  gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Daha sonra qonaqlarla xatirə fotoları çəkilib.‎