Sosial Fəaliyyətlər GYF-də 27 Sentyabr Anım Günü Keçirildi

GYF-də 27 Sentyabr Anım Günü Keçirildi

28

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında II Qarabağ Müharibəsinin başlanması və 27 Sentyabr Anım Günü ilə əlaqədar vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərimizi anım tədbiri keçirilib. Tədbir igidlik və cəsarət nümunəsi şəhidlərimizi bir dəqiqləlik sükutla yad edilərək başlanıb və daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və qardaş Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.

Tədbirə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləkləri ilə başlayan Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim çıxış edərək qeyd edib ki, 27 sentyabr nəinki Azərbaycan tarixində dərin iz qoyub, həmçinin Türkiyə Respublikasının da tarixində öz yerini alıb. O, II Qarabağ müharibəsinin başlanması iki qardaş dövlət olan Azərbaycan və Türkiyənin birlik və bərabərliyinin ən gözəl təcəssümlərindən biri olduğunu vurğulayıb və 27 sentyabr 2020-ci il tarixini xalqa özünəinamı qaytaran, birlik və bərabərliyin gücünü göstərən, milli-mənəvi duyğuları yüksəldən, məğlub xalqdan məğrur və qalib xalqa çevirən gün kimi tarixin şanlı səhifəsinə və xalqın yaddaşına yazıldığını ifadə edib. Fond əməkdaşlarının çıxışından sonra şəhidlərin ruhuna Qurani-Kərim oxunub və dualar edilib.