Təhsil Fəaliyyətləri “Hazır Mühasib-2” Layihəsi Uğurla Tamamlandı

“Hazır Mühasib-2” Layihəsi Uğurla Tamamlandı

11

Gəncliyə Yardım Fondu, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənclərin İnkişafı və Kayera Mərkəzi və Məramın birgə təşkilatçılğı ilə həyata keçirilən “Hazır Mühasib 2” layihəsinin bağlanış mərasimi keçirilib. 29 sentyabr 2021-ci ildə keçirilən bağlanış mərasimində layihəni uğurla tamamlayan 50 iştirakçı sertifikata layiq görülüb. Təqdmat mərasimində Gəncliyə Yardım Fondunun təhsil koordonatoru Rüfət Şirinov çıxış edərək layihəni uğurla tamamlayan müdavimlərə gələcək həyatlarında uğurlar arzulayıb. Tədbirin sonunda lyihə təşilatçıları ilə birgə xatirə rəsmləri çəkilib.

Qeyd edək ki, 2 mart 2021-ci il tarixindən etibarən başlayan “Hazır Mühasib 2” layihəsinə 1000 nəfər müraciət edib və onlardan 100 nəfəri layihədə iştirak etmək haqqını əldə edib.