Oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində düzənlənən 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin məşhur kitab nəşriyyatlarının nümayəndələri GYF-nin qonağı olub.
Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Erkam yayınları idarə heyətinin sədri Doğan Gökmen, Nar yayınlarının rəhbəri Tayfur Esen, Ötüken nəşriyyatının direktoru Ertuğrul Alpay və İnsan yayın evinin nümayəndəsi İsmail Akıncı fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlara fond rəhbərliyi tərəfindən xatirə hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.