Təhsil Fəaliyyətləri GYF-nin Rəhbəri İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Rəhbəri İstedadlı Gənclərlə Görüşüb

9

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimin Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.

Görüşdə Bakı İsteadadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov, Gəncliyə Yardım Fondunun Təhsil Koordinatoru Rüfət Şirinov və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim  gənclərə “Xeyriyyəçilik və Gənclik” mövzusunda master-klass keçib.

Görüşün sonunda tələbələrə Gəncliyə Yardım Fondunun dəstəyi ilə Azərbaycan türkcəsinə uyğunlaşdırılan Prof. Dr. Okan Yeşilotun Hacı Zeynalabdin Tağıyev kitabı hədiyyə edilib. Tələbələrin sualları cavablandırılıb və xatirə şəkili çəkilib.