Sosial Fəaliyyətlər GYF-də “Nizami Gəncəvi Yaradıcılığında Peyğəmbər Sevgisi” Adlı Tədbir Keçirilib

GYF-də “Nizami Gəncəvi Yaradıcılığında Peyğəmbər Sevgisi” Adlı Tədbir Keçirilib

32

Gəncliyə Yardım Fondu və “İrfan” ictimai fikir jurnalının təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Peyğəmbərimiz Hz.Muhammədin (s.ə.s) mübarək Mövlud həftəsi ilə əlaqədar olaraq Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi Yaradıcılığında Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondunun Təhsil koordinatoru f.f.d. Rüfət Şirinov səhabələrin peyğəmbər sevgisindən danışıb.

Daha sonra Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndəsi Lokman Helvacı  son zamanlar Hz.Peyğəmbərin (s.ə.s) nümunəvi həyatına və prinsiplərinə kölgə salmaq istəyən mənfur din düşmənlərinin qərəzli mövqelərini qınayıb. O, öz çıxışında qeyd edib ki, Peyğəmbərin (s.ə.s) vəzifəsi Quranı sadəcə bizlərə çatdırmaqla yekunlaşmayıb, eyni zamanda onun nümunəvi həyat tərzi bizim həyat yollarımızı nurlandıracaq bir qəndildir.

Tədbirdə Azərbaycan Respublikası İlahiyyat İnistitunun İslamşünaslıq kafedrasının müdiri i.f.d. Əhməd Niyazovun “Azərbaycan İrfan Ənənəsində Peyğəmbər Sevgisi” adlı məruzəsi maraqla dinlənilib.

Azərbaycanda Nizami Gəncəvi haqqında araşdırmaları ilə tanınan Milli elmlər Akademiyasının dosenti, f.f.d. Siracəddin Hacı da tədbirdə çıxış edərək  “Nizami Gəncəvinin Yeddi Gözəl Poemasında Peyğəmbər Sevgisi”  adlı məruzəsini qonaqların diqqətinə çatdırıb.

Azərbaycan İlahiyyat İnistitunun 3-cü kurs tələbəsi Ömər Hüseynlinin təqdimatında “Aşk Dediğin Beklemektir” şeiri dinlənilib.

Tədbirin sonunda ürək sözlərini söyləməsi üçün Gəncilə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edib. Natiq öz çıxışı zamanı tədbirə təşrif buyuran hər kəsə öz minnətdarlığını bildirib. Belə gözəl bir tədbiri təşkil etdiyi üçün hər kəsə təşəkkür edib.

Mövlüd tədbirinin sonunda tədbirə gələn qonaqlara kitab hədiyyə edilib və ehsan süfrəsi açılıb.