Təhsil Fəaliyyətləri BİGA Tələbələri Türkiyədən Gələn Qonaqla Görüşdü

BİGA Tələbələri Türkiyədən Gələn Qonaqla Görüşdü

13

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndəsi Lokman Helvacının Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.

Görüşdə Bakı İsteadadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndəsi Lokman Helvacı gənclərə “Peyğəmbər Həyatında Əxlaqi Dəyərlər” mövzusundan bəhs edib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatirə şəkili çəkilib.