İnsani Yardım GYF 13 Yaşlı Qızı Sevindirdi

GYF 13 Yaşlı Qızı Sevindirdi

31

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Ucar rayonunda yaşayan 13 yaşlı Məmmədova Ləman Əhliman qızını yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailələyə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.