Təhsil Fəaliyyətləri Vətən Müharibəsinin Qaziləri İstedalı Gənclərlə Görüşüb

Vətən Müharibəsinin Qaziləri İstedalı Gənclərlə Görüşüb

28

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Vətən müharibəsinin qazilərindən, Vidadi Ağagülov, keçmiş XTQ-nin Polkovniki İlham Rüsəmov, Ehtiyatda olan XTQ-nin baş gizirləri Bani-Paşa Əvəz Böyükağa oğlu və Mahir Məmmədov Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub. Tədbir igidlik və cəsarət nümunəsi şəhidlərimizi bir dəqiqləlik sükutla yad edilərək başlanıb və daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və qardaş Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Sonra Birinci Qarabağ Müharibəsinin Qaziləri Vidadi Ağagülov və İlham Rüstəmov Birinci və İkinci Qarabağ Müharibələrini müqayisə edərək Azərbaycanın bu illərdə nə qədər gücləndiyindən, ordusunun təkmilləşməsindən bəhs ediblər. Eyni zamanda Azərbaycan ordusunun döyüş zamanı istifadə etdiyi texnikaların tam günümüz standartlarını cavab verdiyini deyiblər.

Daha sonra İkinci Qarabağ Müharibəsinin qaziləri XTQ-nin baş giziri Bani-Paşa Əvəz və baş gizir Məmmədov Mahir döyüş xatirələrini tələbələrlə bölüşüb. Eyni zamanda döyüş zamanı Qardaş Türkiyənin də həm maddi və mənəvi cəhətdən Azərbaycanın yanında olduğunu dilə gətiriblər.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və qazilərə hədiyyə təqdim edilərək xatirə şəkili çəkilib.