İnsani Yardım Gəncliyə Yardım Fondu Zəfər Günü Münasibəti ilə Şəhid və Qazi Ailələrinə Yardımlara...

Gəncliyə Yardım Fondu Zəfər Günü Münasibəti ilə Şəhid və Qazi Ailələrinə Yardımlara Başladı

56
Gəncliyə Yardım Fondu Türkiyə Cumhuriyyəti Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid və qazilərimizin ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən 3000 şəhid və qazi ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim ediləcək.
Qeyd edək ki, Gəncliyə Yardım Fondu 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstəyini əsirgəməmişdir.
Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.