Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin yeni nəşrdən çıxmış “İslam Maliyyə Sistemi və Alətləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Əfqan Musayev, Xəyal Məmmədli və Gündüz Əliyev çıxış edib. Çıxışçılar kitabın Azərbaycan maliyyə sektoru üçün əhəmiyyətindən, sadə dildə yazılmasını müxtəlif peşə sahibləri tərəfindən islam maliyyəsini asanlıqla başa düşülməsinə kömək edəcəyini vurğulayıb. Həmçinin müəllif Ruslan Atakişiyev kitabın ərsəyə gəlməsindən, kitabdakı müxtəlif mövzular haqqında qonaqlara söhbət açıb.
Mətbuatda GYF-də “İslam Maliyyə Sistemi və Alətləri” Kitabının Təqdimat Mərasimi Keçirilib