Təhsil Fəaliyyətləri Tarixçi Alim GYF-də İstedadlı Gənclərlə Görüşüb

Tarixçi Alim GYF-də İstedadlı Gənclərlə Görüşüb

6

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Xəzər Universitetinin müəllimi t.f.d Telman Nüsrətoğlu Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.

Görüşdə Bakı İsteadadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən t.f.d Telman Nüsrətoğlu “Azərbaycan və Türkiyə Qardaşlığı” mövzusunda danışıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünün bölgə və region üçün əhəmiyyətinə toxunulub. Tələbə gənclərin mövzu ilə əlaqəli sualları cavablandırılıb və maraqlı mövzular müzakirə edilib. Görüşün sonunda qonaqla xatirə şəkili çəkilib.