Sosial Fəaliyyətlər Əziz Mahmud Hüdayi Vəqfinin Nümayəndələri GYF-nin Qonağı Olub

Əziz Mahmud Hüdayi Vəqfinin Nümayəndələri GYF-nin Qonağı Olub

21

Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin başqan müşaviri İbrahim Uyar, Vəqfin humanitar yardım şöbəsinin müdiri Serdar Eryılmaz və Şifai-Aləm Dərnəyinin idarə heyətinin üzvü Hurşit Ellialtı Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar da öz növbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara ‎hədiyyə təqdim edilib və xatirə fotoları çəkilib.‎