Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin başqan müşaviri İbrahim Uyar, Vəqfin humanitar yardım şöbəsinin müdiri Serdar Eryılmaz və Şifai-Aləm Dərnəyinin idarə heyətinin üzvü Hurşit Ellialtı Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qonaqlar da öz növbələrində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlara hədiyyə təqdim edilib və xatirə fotoları çəkilib.