Təhsil Fəaliyyətləri GYF-də “Qarabağ Zəfəri və Azərbycan-Türkiyə Qardaşlığı” Adlı Seminar Keçirilib

GYF-də “Qarabağ Zəfəri və Azərbycan-Türkiyə Qardaşlığı” Adlı Seminar Keçirilib

7

Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Qarabağ Zəfəri və Azərbycan-Türkiyə Qardaşlığı” adlı seminar proqramı keçirilib. Akademiyanın koordinatoru Şahalı Cəlilov proqram iştirakçılarını və qonağı salamlayaraq proqramla bağlı məlumat verib. Daha sonra isə Türkiyənin keçmiş hərbi ateşesi General Mayor Yücel Karauz iştirakçıları samlayaraq mövzu ilə bağlı maraqlı fikirlərini gənclərlə bölüşüb. Qarabağ zəfəri və Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətindən bəhs edən qonaq, tarixi keçmişi və bütün sahələrdə qarşılıqlı əlaqələrinin hər iki dövlət üçün əhəmiyyətindən bəhs edib. Müasir dövürdə baş verən bir müharibə olaraq Vətən müharibəsi döyüşlərinin bir çox dövlətlərin hərb sahəsində yeni bir tədris metodu olraq istifadə edildiyini bildirib.

Daha sonra isə tələbələr tərəfindən verilən suallar cavablandırılıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub və xatirə rəsimləri çəkilib.