Təhsil Fəaliyyətləri GYF-də “Sezai Karakoçun Həyat və Yaradıcılığı” Adlı Seminar Keçirilib

GYF-də “Sezai Karakoçun Həyat və Yaradıcılığı” Adlı Seminar Keçirilib

14

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Tariximizin Dahiləri” kitabının həmmüəllifi Qoşqar Abbasov Gəncliyə Yardım Fondunun Hacı Zeynaladin Tağıyev adına konfrans zalında 16 noyabr 2021-ci il tarixində vəfat edən  şair və mütəfəkkir “Sezai Karakoçun həyat və yaradıcılığı” mövzusunda seminarla çıxış edib.

Seminarda ümumtürk ədəbiyyatında xüsusi yerə sahib olan Sezai Karakoçun İslam dinini bədii yaradıcılığının və düşüncəsinin mərkəz nöqtəsinə qoyaraq həyatı boyunca “diriliş” fikrini müdafiə etməsi, ədəbi yaradıcılığının mühüm məfhumları və məqamlarından bəhs edən Qoşqar Abbasov, həmçinin ədəbi nümayəndələr, fikir adamlarına və ictimai-siyasi mühitə təsiri kimi məsələlərə də toxunub.