İnsani Yardım GYF Şəhid Ailəsinin Gözünü Yolda Qoymadı

GYF Şəhid Ailəsinin Gözünü Yolda Qoymadı

10

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsi şəhidi Məmmədov İsa Nazim oğlunun ailəsini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət əsnasında şəhidimizin nənəsi 89 yaşlı Paşayeva  Fatma  Məmməd qızına ayaqlarında olan ağrılardan yerimə qabiliyyətini itirdiyinə görə ehtiyacı olduğu əlil arabası təqdim edilib. Daha sonra ailəyə şəhidimizin adına hazırlanmış müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu təqdim edilib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid və qazilərimizin ailələrini mütəmadi olaraq ziyarət edir, humanitar yardımlar göstərir və imkan daxilində ehtiyaclarını qarşılamağa çalışır.