Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında COJEP International təşkilatının rəhbəri Ali Gedikoğlu “Beynəlxalq Münasibətlər və Lobbiçilik Fəaliyyətləri” adlı seminarla çıxış edib. Əvvəlcə Akademiyanın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını və Ali Gedikoğlu salamlayaraq seminar və mövzunun əhəmiyyəti haqqında məlumat verib. Daha sonra Ali Gedikoğlu gənclərə dövlətlərarası dostluq münasibətlərinin qurulmasında, dövlətlərin siyasi və mədəni əlaqələrinin formalaşmasında lobbiçilk fəaliyətlərinin böyük əhəmiyyətə malik olduğunu bildirib. Seminarın sonunda tələbələr tərəfindən verilən suallar cavablandırılıb və Bakı İsdedadlı Gənclər Akademiyası tərəfindən Ali bəyə hədiyyə təqdim olunaraq xatirə şəkili çəkilib.
Qeyd edək ki, COJEP International təşkilatı 1985-ci ildə Ali Gedikoğlunun rəhbərliyi ilə Fransanın Strasburq şəhərində qurulmuşdur. Amerika, Avopa, Asiya və Afrika daxil olmaqla dünyanın bir sıra ölkələrində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi türk və müəslman ölkələrinə dair həqiqətləri beynəlxalq ictimaiyyətə, o cümlədən qərb təşkilatlarına çatdırmaqdan ibarətdir.