Bakı İsdedadlı Gənclər Akademiyası təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Ceyhun Adıgözəlov “Dərdsiz gənclik” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetində təhsil alan tələbələr iştirak edib. Ceyhun Adıgözəlov dərdlərimizi bir daha nəzərdən keçirməyimizi, məsuliyyətimizi dərk etməli olduğumuzu, Avropa “mədəniyyət “inin həsrətini çəkməməli olduğumuzu, gələcək nəsilləri düşünməli və özümüz və onlar üçün çalışmalı olduğumuzu qeyd edib. O, həmçinin iştirakçılara müasir dövrdə gənclərin öhdələrinə düşən vəfizələri yerinə yetirməyin vacibliyini, onların şəxsi bilik və bacarıqlarını inkişaf etdirmələrinin həm özlərinin, həm də dövlətin inkişafına töhfə verdiyini, gənclərin asudə vaxtlarınını doğru və faydalı keçirmələrinin önəmini vurğulayıb. Seminarın sonunda tələbələr tərəfindən verilən sualları cavablandırıb.
Qeyd edək ki, Bakı İsdedadlı Gənclər Akademiyası təşkilatçılığı mütəmadi olaraq seminarlar, mühazirələr, öz sahələrinin peşəkarına çevrilmiş insanlarla görüşlər, kitab müzakirələri həyata keçirilir.