Təhsil Fəaliyyətləri GYF-də “Sağlam Həyat və Sağlam Cəmiyyət” Adlı Seminar Keçirilib

GYF-də “Sağlam Həyat və Sağlam Cəmiyyət” Adlı Seminar Keçirilib

12

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyası və “Light Up Training Platform”unun birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin müəllimi t.f.d. Rəşid Mahmudovun təqdimatında “Sağlam Həyat və Sağlam Cəmiyyət” adlı seminar keçirilib. Akademiyanın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını və qonağı salamlayaraq seminar ilə bağlı ətraflı məlumat verib. Daha sona isə t.f.d. Rəşid Mahmudov iştirakçıları samlayaraq mövzu ilə bağlı maraqlı fikirlərini gənclərlə bölüşüb. Sağlam cəmiyyətin formalaşması üçün gənclərin üzərinə düşən əsas vəzifələrin nələr olduğunu onlara bildirib. O, sağlam cəmiyyətin sağlam gənclərlə qurula biləcəyini qeyd edib.

Seminarın sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, t.f.d. Rəşid Mahmudova xatirə hədiyyəsi təqdim olunub və rəsmlər çəkilib.