Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında fondu təhsil şöbəsinin əməkdaşı Şahalı Cəlilovun təqdimatında “Bədən Dili“ mövzusunda seminar keçirilib. Şahalı Cəlilov ünsiyyətə təsir edən amillərdən bəhs edərək şüuraltı mesajların bədən dilinə təsiri haqqında seminar iştirakçılarına məlumat verib.
Daha sonra beş dünya liderlərinin bədən dilini analiz edib. Seminarın sonunda tələbələrin sualları cavablandırılıb və mövzu tələbələr arasında praktiki olaraq mənimsənilməyə çalışılıb.
Qeyd edək ki, Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə mütəmadi olaraq seminarlar, mühazirələr, öz sahələrinin peşəkarına çevrilmiş insanlarla görüşlər, kitab müzakirələri həyata keçirilir.