İnsani Yardım GYF Ehtiyac Sahibi Ailəni Sevindirdi

GYF Ehtiyac Sahibi Ailəni Sevindirdi

14

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Balakən rayonu, Hənifə kəndində yaşayan 55 yaşlı şəkər xəstəsi I qrup əlil Musa Şindiyevi yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailəyə Zaqatala-Balakən dairəsindən millət vəkili Kamilə Əliyevanın müraciəti əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb.

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.