İnsani Yardım GYF-dən Növbəti Xeyirxah Addım

GYF-dən Növbəti Xeyirxah Addım

3

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Nərmanov rayonu Bakıxanov qəsəbəsində, yaşayan 81 yaşlı iflic xəstəsi Müzəyyəm Əliyevanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailəyə əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar. Ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb.

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.